Dek 25, 2020 12:05 Asia/Baku
  • Qazaxıstan və Azərbaycan Respublikasının prezidentləri telefonla danışblar

Qazaxıstan və Azərbaycan Respublikasının prezidentləri telefonla ikitərəfli əməkdaşlığın beynəlxalq səviyyədə genişləndirilməsi barədə danışıblar.

SəhərAzəri xəbər verir, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu telefon söhbətində BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qərarlarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib.

Azərbaycan Respublikasının prezidenti İlham əliyev də bu telefon danışığında Qazaxıstan şirkətlərini Qarabağın bərpasında iştirak etməyə dəvət edib.

Əliyev son zamanlar MDB ölkələrinin dövlət başçılarının virtual yığıncağında dost və qonşu ölkələri Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka dəvət etmişdi.

Azərbaycan Respulikası prezidentinin sözlərinə görə, Dağlıq Qarabağda erməni qoşunları tərəfindən işğal olunmuş bir çox rayonlar, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı tam şəkildə dağıdılıbdır.

Azərbaycan Respulikası son 44 günlük müharibədə öz torpaqlarını Ermənistanın işğalından çıxara bildi.

Teqlər