Dek 31, 2020 10:39 Asia/Baku
  • Azərbaycan Respublikası Kabildə səfirlik açır

Azərbaycan Respublikasının Əfqanıstanda səfirliyinin açılması təsdiqlənib.

SəhərAzəri Ava-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kabildə səfirlik açması qərarı Həmdullah Mohibin bu ölkəyə səfərindən və Azərbaycan rəsmiləri ilə apardığı danışıqlardan sonra Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiqlənib.

Azərbaycan parlamenti Əfqanıstanda səfirliyin açılmasının iki müsəlman ölkəsi arasındakı münasibətləri genişləndirəcəyini bildirib.

Xatırladaq ki, Əfqanıstan hökuməti daha əvvəl Qarabağ münaqişəsində Azərbaycan Respublikasına dəstək vermişdi.

Əfqanıstan son illərdə Azərbaycanla yaxşı münasibətlər qurub.

Əfqanıstanı Avropaya birləşdirəcək "Lacivərd" yolunun bir hissəsi də Azərbaycan Respublikasından keçir.

Teqlər