May 31, 2015 21:26 Asia/Baku
  • Rusiyada vicdanlı polis azərbaycanlının rüşvətindən imtina etdi
    Rusiyada vicdanlı polis azərbaycanlının rüşvətindən imtina etdi

Bu günlərdə Rusiyanın Moskva vilayətində olduqca maraqlı hadisə baş verib.

Səhər beynəlxalq telekanalı Rusiya KİV-nə istinadla xəbər verir ki, polis əməkdaşı Azərbaycan Respublikası vətəndaşının 600 min rubl məbləğində rüşvətindən imtina edib. Azərbaycan Respublikası vətəndaşı rüşvəti törətdiyi cinayət əməlininin gizlədilməsi üçün vermək istəyib. Onun törətdiyi əməl Rusiya Federasiyasının qanununa görə quldurluq hesab olunur.
Polis əməkdaşı bu pulu götürmək əvəzinə, bu barədə rəhbərliyə məlumat verib. Şübhəli şəxs pulun verildiyi zaman isti izlərlə həbs olunub və indi onu hüquq-mühafizə orqanı əməkdaşına rüşvət vermək cəhdinə görə, 10 ilədək həbs cəzası gözləyir.

Teqlər