Yan 15, 2016 15:26 Asia/Baku
  • Əlşəbab-ın Somalidə Afrika Birliyinin bazasına hücumunda onlarla nəfər ölüb
    Əlşəbab-ın Somalidə Afrika Birliyinin bazasına hücumunda onlarla nəfər ölüb

Əlşəbab ünsürlərinin Somalidə Afrika Birliyinin bazasına qarşı hücumunda 60-dan çox insan həlak olub.

Misirin Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, Əlşəbab ünsürləri cümə günü Somalinin cənubunda bomba qoyulmuş bir avtomobilin partlamasından sonra Moqadişonun qərbindən 550 kilometr aralıda və Keniya sərhədləri yaxınlığında yerləşən Afrika Birliyinin bazasına daxil olublar ki, bu zaman 63 nəfər həlak olubdur.

Həmçinin IRIB bu hücumda əlli keniyalı əsgərin öldürülməsindən xəbər verib.

Bu məlumata görə, Keniyanın müdafiə bölməsinin qüvvələri də Ələdə məntəqəsində bu terrorçuların tabeliyində olan 28 avtomobili ələ keçiriblər.

Digər tərəfdən, təkfirçi Əlşəbab qrupunun hərbi əməliyyat üzrə sözçüsü Əbduləziz Əbu-Musəyyib Röyters ilə müsahibədə iddia edib ki, bu qrupun ünsürləri Afrika Birliyinin bazasına daxil olub və şiddətli atışmadan sonra onu ələ keçiriblər.

Bu terror qrupu Somali dövlətini devirmək üçün bu ölkənin hərbçiləri və Somali dövlətini himayə üçün həmin ölkə ərazisinə daxil olmuş Afrika Birliyi qüvvələri ilə döyüşür.

Teqlər