Dek 17, 2016 13:45 Asia/Baku
  • Türkiyə bu ölkə əsgərlərini daşıyan avtobusa qarşı partlayış hücumuna reaksiya verib

Türkiyə baş nazirinin müavini bu ölkənin Kayseri vilayətinin eyniadlı şəhərində yerləşən Erçis universitetinin giriş qapısı qarşısında baş vermiş partlayışa reaksiyada deyib ki, bu partlayış PKK-nın üsullarına bənzəyir.

Fars xəbər agentliyinin məlumatına görə, Türkiyə baş nazirinin müavini Veysi Kaynak deyib: Şənbə günü Kayseri şəhərində baş vermiş partlayış ötən həftə İstanbulda Türkiyənin xüsusi təyinatlı qüvvələrini hədəfə almış partlayışa bənzəyir.

Kayseri şəhərində yerləşən Erçis universitetinin giriş qapısı qarşısında bomba qoyulmuş bir avtomobil Türkiyənin hərbi-hava qüvvələri qarnizonunun əsgərlərini daşıyan avtobusa yaxınlaşaraq, partlayıb.

Türkiyə ordusu bildiribdir ki, Kayseri şəhərində hərbçiləri daşıyan bir avtobosun partlaması nəticəsində 13 əsgər ölüb, 48 nəfər də yaralanıbdır.

Bundan öncə, çərşənbə axşamı günü İstanbulda yerləşən Beşiktaş idman zalı qarşısında, Türkiyənin xüsusi təyinatlı qüvvələrini daşıyan bir avtomobilin yaxınlığında, həmçinin Strak Maka(Struck Macka) parkında iki partlayışın baş verməsi nəticəsində 44 nəfər ölmüş, 166 nəfər də yaralanmışdı.

İstanbul partlayışlarının məsuliyyətini PKK-dan şaxələnmiş "Kürdüstan azadlıq qartalları" adlandırılan yaraqlı bir qrup üzərinə götürübdür.

Teqlər