Yan 18, 2017 18:31 Asia/Baku
  • Nigeriya paytaxtında şiələrin aksiyası

Nigeriya şiələrindən bir çoxu bu ölkənin paytaxtında ordu və təhlükəsizlik qüvvələrinə qarşı dinc aksiya keçirib.

IRNA-nın məlumatına görə, aksiyaçılar Nigeriyanın paytaxtı Abuca şəhərinin küçələrində bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin təcili surətdə azad edilməsini istəyiblər.

Nigeriya şiələrinin aksiyası elə bir halda keçirilibdir ki, sosial şəbəkələrin istifadəçilərindən bir çoxu Nigeriya məhkəməsinin Şeyx İbrahim Əlzəkzakinin və onun həyat yoldaşının azadlığı barədəki hökmünün icra möhlətinin başa çatması ərəfəsində Twitter-də "Rəhbərimizi azad edin!" haştaqını fəallaşdırıbdır.

Bununla belə, Nigeriya məhkəməsi bildiribdir ki, bu ölkə polisi Nigeriya islami hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin və onun həyat yoldaşının azadlığı üzrə hazırlıq işlərini görməyə və tələb olunan addımların atılmasında səhlənkarlıq etməməyə borcludur.

Teqlər