Mart 18, 2017 14:46 Asia/Baku
  • Sionist rejimin Moskvadakı səfiri Rusiya XİN-ə çağırtdırılıb
    Sionist rejimin Moskvadakı səfiri Rusiya XİN-ə çağırtdırılıb

Sionist rejimin Moskvadakı səfiri bu rejim qırıcılarının Suriyaya təcavüzü ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırtdırılıb.

IRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi dünən bir bəyanatda bildirib: Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun istəyi ilə sionist rejimin Moskvadakı səfiri Heri Korn Rusiya Xarici İşlər Nazirliyinə çağırtdırılıb və bu rejim qırıcılarının Suriyaya qarşı hücuma olan etiraz ona elan edilibdir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, İsrail rejimi qırıcıları tərəfindən Suriyanın hava məkanına qarşı aşkarcasına təcavüz İŞİD terrorçularına dəstək istiqamətində həyata keçirilib.

Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı bildirib ki, sionist rejimin dörd ədəd qırıcısı cümə günü səhər tezdən Suriyanın hava məkanını pozaraq, bu ölkənin Hums şəhərinin şərq hissəsində yerləşən hərbi mərkəzlərindən birini hədəfə alıbdır.

Bu məlumata əsasən, İsrail rejiminin bir ədəd qırıcısı Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, yerə salınıbdır.

Teqlər