Apr 08, 2017 16:26 Asia/Baku
  • H.Klinton Trampın riyakarcasına siyasətlərini kəskin tərzdə tənqid edib
    H.Klinton Trampın riyakarcasına siyasətlərini kəskin tərzdə tənqid edib

ABŞ-ın keçmiş dövlət katibi bu ölkənin hazırkı prezidentinin siyasətlərini riyakarcasına siyasətlər adlandırıb.

Fars xəbər agentliyinin məlumatına görə, ABŞ-ın keçmiş dövlət katibi və demokratların 2016-cı il prezident seçkilərinə namizədi Hillari Klinton dünən deyib ki, bu ölkənin prezidenti Donald Tramp riyakarcasına suriyalı uşaqları dəstəkləyir, halbuki onların Amerika ərazisinə daxil olmalarına icazə vermir.

Klinton əlavə edib: Daha münasib strategiya Suriya böhranının həlli üzrə müzakirənin irəlilədilməsidir.

ABŞ-ın keçmiş dövlət katibi elə bir şəraitdə bu sözləri söyləyibdir ki, onun özü də Suriya hökumətinə qarşı hərbi addımların himayədarlarından olubdur.

Teqlər