Apr 21, 2017 15:40 Asia/Baku
  • Türkiyədə Ali Seçki Komissiyasına etirazlar davam edir
    Türkiyədə Ali Seçki Komissiyasına etirazlar davam edir

Türkiyə Ali Seçki Komissiyasına etirazlar ötən gün də bu ölkənin müxtəlif şəhərlərində davam edib.

Türkiyədə çıxan Bir Gün qəzetinin yazdığına görə, cümə axşamı günü Türkiyənin müxtəlif şəhərləri, o cümlədən İstanbul, İzmir, Adana, Ankara, Mersində minlərlə nəfər referendumda səslərin sayılmasında möhürlənməmiş bülletenləri etibarlı hesab edən Ali Seçki Komissiyasının qərarına etiraz olaraq aksiya keçirib.

Etirazçılar Türkiyə Ali Seçki Komissiyası əleyhinə şüarlar səsləndirərək bu komissiyanın sədri Sadi Güvənin istefasını tələb ediblər.

Etirazçılar həmçinin referendumun nəticəsinə etiraz edənlərin həbs olunmasına qarşı şüarlar səsləndirib və Türkiyəyə diktatura rejiminin hakim kəsilməsinə icazə verməyəcəklərini bildiriblər.

Teqlər