May 09, 2017 09:57 Asia/Baku
  • Amerikalı hakimlər Trampın anti-miqrant fərmanını şübhə altına alıblar
    Amerikalı hakimlər Trampın anti-miqrant fərmanını şübhə altına alıblar

Amerikalı hakimlər Trampın anti-miqrant fərmanını şübhə altına alıblar

İRNA-nın verdiyi məlumata görə, Amerikanın Apellyasiya məhkəməsinin hakimləri bu ölkə prezidenti Donal Trampın 6 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyan fərmanının milli təhlükəsizlik nigarançılıqlarından mənşə aldığı barədəki iddialarına şübhə etdiklərini, bunun dini zəmində qərəzlilik əlaməti olduğunu bildiriblər. 

Donald Trampın nümayəndəsi kimi Virciniya ştatının Riçmond şəhərində apellyasiya məhkəməsində iştirak edən ABŞ baş purokurorunun müavini Cefri Vall hakimlərin çətin suallarının şahidi olub. 

Amerikanın 4-cü bölgəsinin apellyasiya məhkəməsi Merilandın federal hakimi Teodor Çuanqın istəyi əsasında ABŞ dövlətinin 15 mart fərmanının araşdırılması üçün təşkil olunub. 

Meriland federal hakimi Trampın 6 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyan fərmanını icra edilməzdən öncə dayandırmışdı. 

Teqlər