May 12, 2017 16:40 Asia/Baku
  • Trampın Lavrovu qarşılaması etiraza səbəb oldu
    Trampın Lavrovu qarşılaması etiraza səbəb oldu

ABŞ prezidentinin Ağ Evdə Rusiya xarici işlər naziri ilə görüş səhnəsi ABŞ hökuməti üçün yeni qalmaqala səbəb olub.

Frans Press-in Vaşinqtondan verdiyi məlumata görə, Kreml çərşənbə günü ABŞ prezidenti Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə görüşünə dair görüntüləri yayımlayaraq, bir daha Trampı ciddi problemlərlə üzləşdirib. 

Bu görüntülərdən aydın olur ki, Rusiya rəsmiləri ilə görüşdə Trampın üzündə təbəssüm olub. 

Frans Press-in məlumatına görə, bu növ görüş amerikalı diplomatlar üçün xoşagəlməz sayılır. Çünki, bu növ görüşü sırf digər ölkə başçılarına məxsus xüsusiyyət adlandırırlar. 

Rusiyalı rəsmilər üçün qırmızı xalçanın sərilməsi isə Vaşinqton tərəfindən Kreml üçün xoş bir diplomatik addım sayılır. Halbuki, Amerika Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə etməsini bəhanə edərək, bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. 

Ağ Evdə baş tutan görüşdə tərəflər Suriyada təhlükəsiz zonaların yaradılması barədə əldə olunmuş anlaşmanın icra yolları barədə danışıblar. 

Rusiya xarici işlər nazirinin dediyinə görə, bu görüşdə ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyaları məsələsi müzakirə edilməyib. 

Teqlər