May 18, 2017 13:44 Asia/Baku
  • Almaniya Kosovoda vəhhabiliyin yayılması haqda xəbərdarlıq edib

Almaniya dövləti bildirib ki, Ərəbistanın himayəsi altında olan təbliğatçılar Kosovoda vəhhabiliyi yaymaqdadırlar.

Almaniya dövləti bu ölkə parlamenti üzvlərinin suallarına cavabda bildirib ki, səud rejimi və Fars Körfəzi ətrafındakı digər ərəb ölkələri Kosovodakı ekstremist qruplara maliyyə dəstəyi verirlər.

Almaniya parlamenti üzvlərindən biri dünən qeyd edib ki, Ərəbistanın himayəsi altında olan ifratçı vəhhabi təbliğatçıların Kosovodakı fəaliyyəti utancgətiricidir. 

Kosovo vətəndaşlarının böyük bir hissəsi İŞİD kimi terror qruplarına üzv olubdur.

Almaniyada və digər Avropa ölkələrində vəhhabilik və sələfiçilik də Ərəbistanın və Yaxın Şərqdəki bəzi ərəb ölkələrinin maliyyə yardımları ilə yayılmaqdadır.

Avropa ölkələrinin başçıları bundan öncə həmin ölkələrdə Ərəbistanın himayəsi altında olan vəhhabi məktəblərinin fəaliyyəti barədə nigarançılıq etmişdilər. 

Ərriyad tərəfindən təbliğ və himayə edilən ifratçı vəhhabilik ideologiyası bütün dünyada terror hücumları həyata keçirən terrorçulara ilham verir.

İŞİD və digər terror qrupları məhz bu ideologiyaya əsasən, dünya xalqlarına qarşı terror hərəkətləri törədirlər.

Avropanın dövlətləri və təhlükəsizlik təşkilatlarının bu qitədə terror hücumlarının davam etməsi və vəhhabiliyin yayılmasından nigarançılıq ifadə etmələri elə bir haldadır ki, elə bu ölkələr Ərəbistanın köməyilə terror qruplarını təşkil və təchiz edərək, İraq və Suriya daxil olmaqla dünyada böhranların yaranmasına və əmin-amansızlığa rəvac verirlər.