May 18, 2017 14:09 Asia/Baku
  • Moskva BMT TŞ-nin Suriyada

Rusiya xarici işlər nazirinin müavini Suriyada "gərginliyin azaldılması" məntəqələrinin yaradılması haqda İran-Rusiya-Türkiyə razılaşmasının təsdiq olunması üçün BMT-nin Təhlükəsizlik Şurasında bir qətnamənin qəbul edilməsini istəyib.

Mixail Boqdanov dünən deyib: Suriyada tam atəşkəsi dəstəkləməyən silahlı müxalifləri qaydaya salmaq məqsədilə bu ölkədə "gərginliyin azaldılması" məntəqələrinin yaradılması haqdakı razılaşmanın BMT-nin Təhlükəsizlik Şurasında bir qətnamənin qəbul edilməsi ilə təsdiq olunması faydalı olacaqdır.

İran, Rusiya və Türkiyə 2017-ci il mayın 4-də Suriya barədəki 4-cü Astana müzakirələrində Suriyada dörd təhlükəsiz məntəqənin yaradılması haqda anlaşmanı imzaladılar. Bu anlaşma Suriyanın cənubuna, Şərqi Qutəyə, Hums şəhərinin şimal məntəqəsinə və İdlib vilayətinə şamil olan bir anlaşmadır. Bu planın icrası 2017-ci il mayın 6-dan qüvvəyə minibdir.

Suriyada böhran 2011-ci ildə Ərəbistan, ABŞ və onun Türkiyə kimi müttəfiqlərinin himayələri altında olan terror qruplarının hücumu ilə başlanıbdır. Burada məqsəd, Suriyanın prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək olubdur.

Teqlər