May 18, 2017 17:20 Asia/Baku
  • Birləşmiş Ştatlarda siyasi tufan
    Birləşmiş Ştatlarda siyasi tufan

Amerika Federal Təhqiqat Bürosu- FTB-nin sabiq rəisinin Trampın qanunsuz tələbi barədəki ifşaçılıqları Amerikada siyasi tufan törədibdir.

Frans-24 telekanalının məlumatına görə, Amerika Federal Təhqiqat Bürosu- FTB-nin sabiq rəisi Ceyms Kominin qeydləri Ağ Evi problemlə üzləşdiribdir. ABŞ mətbuatının yazdığına görə, Donald Tramp bir neçə həftə bundan öncə Ceyms Komidən istəmişdi ki, sabiq milli təhlükəsizlik müşaviri Maykl Felin barədəki təhqiqatları dayandırsın. O, Rusiya səfirilə ardıcıl əlaqələrin ardınca istefa verməyə məcbur olmuşdu. Felin adəti üzrə bu məsələləri qeydə alıbdır. Bu qeydlər siyasi tufana səbəb olubdur. ABŞ konqresi Kominin sənədlərinin araşdırılmasını istəyibdir. Frans-24 telekanalı bu hissədə demokrat müxaliflər fraksiyasının sədri Çak Şumerin sözlərinin bir hissəsini yayıbdır. O, deyib: Mən Nyu-York Tayms-ın ifşaçılıqlarından şok oldum. Ölkədə belə bir hadisənin misli görünməmişdir. Mən senatdakı bütün həmkarlarıma deyirəm ki, tarix bizə baxır. 

Bu məlumata əsasən, respublikaçı nümayəndələr də həmin sənədlərin araşdırılmasını istəyiblər. Ağ Ev bu macəranı təkzib edibdir, zira onun nöqteyi-nəzərincə, Kominin prezidentlə dialoqları barədəki qeydləri qəbulediləsi bir sənəd deyildir. Əgər Kominin ifşaçılıqları sübut edilərsə, məsələ ədliyyə nazirliyinə tapşırılacaqdır.

Teqlər