May 19, 2017 13:20 Asia/Baku
  • Dünya KİV-də İran seçkiləri geniş əks olunur
    Dünya KİV-də İran seçkiləri geniş əks olunur

İranda prezident seçkiləri xarici Kütləvi İnformasiya Vasitələrində geniş əks olunur.

Əl-Məyadin televiziyası İran vətəndaşlarının seçkilərin başlandığı ilk saatlardan geniş iştirakına toxunub: Görünür bu seçkilərdə iştirak səviyyəsi yüksək olacaq.

Röyters İnformasiya Agentliyi də bir reportajda İslam İnqilabının Böyük Rəhbərinin seçkidə iştirak etməsinə toxunub: Həzrət Ayətullahülüzma Xamenei bugünkü prezident seçkilərində vətəndaşların möhtəşəm iştirakını istəyiblər. 

Çinin Kütləvi İnformasiya Vasitələri də cümə günü İranda seçkilər və vətəndaşların aktiv iştirakı haqda kadrlar və xəbərlər yayımlayaraq bu önəmli siyasi olayı əks etdiriblər.

Livanda çıxan əl-Əxbar qəzeti də yazıb: Hamı İran İslam Respublikası və regionun həssas dövründə kimin adının səs qutusundan çıxacağını gözləyir.

Associated Press İnformasiya Agentliyi də Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra İran prezident seçkiləri ilə bağlı ilk reportajını yayımlayıb.

ABŞ-ın CNN telekanalı da İranda prezident seçkilərinin başlaması ilə bağlı reportaj yayımlayıb.

Livanın əl-Əhd televiziyası da İran xalqının seçkilərin ilk saatlarında vətəndaşların aktiv iştirak etdiyini bildirib.

Çikaqo Tribun da prezident seçkilərində İran vətəndaşlarının aktiv iştirakını əks etdirən kadrlar yayımlayaraq yazıb: İran vətəndaşları cümə günü prezident seçkilərində iştirak edirlər.

France Press İrandan hazırladığı reportajda bildirib: Kadrlar vətəndaşların bugünkü seçkilərdə aktiv iştirakını və səsvermə məntəqələrində uzun sıraların yarandığını əks etdirir.

Teqlər