May 19, 2017 20:19 Asia/Baku
  • Vaşinqtonda müxaliflərə hücumda Ərdoğanın rolu ifşa olunub
    Vaşinqtonda müxaliflərə hücumda Ərdoğanın rolu ifşa olunub

Türkiyə prezidentinin mühafizəçilərinin ABŞ paytaxtında etirazçılara hücumu ilə bağlı yeni video-kadr Ərdoğanın mühafizəçilərinin vətəndaşlara birbaşa onun göstərişi ilə hücum etdiyini göstərir.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin Vaşinqtonda müxaliflərə hücum xəbəri yayımlandıqdan sonra, bu macəranın yeni cəhəti ifşa olunub. Belə ki, Ərdoğanın mühafizəçiləri etirazçılara hücum edir və onları ağır şəkildə döyürlər. 

ABŞ polisi bildirib: Qarşıdurma kadrını incələdikdən sonra bu nəticə əldə olunub ki, Ərdoğan şəxsən avtomobilin içindən etirazçılara fiziki təzyiq göstərilməsinə göstəriş verib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çərşənbə axşamı günü ABŞ-a səfəri ilə yanaşı Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında kürd etirazçılarla onun təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verdi.