İyul 17, 2017 08:54 Asia/Baku
  • Qadın fəallar Trampa etiraz etdi
    Qadın fəallar Trampa etiraz etdi

ABŞ prezidenti Donald Trampa məxsus bir idman kompleksində qadınlar üzrə qolf turniri zamanı bir neçə qadın fəal Tramp əleyhinə şüarlar səsləndirib və onun kənarlaşdırılmasını istəyib.

Golf Channel portalının məlumatına görə, Nyu-Cersidə idman kompleksində baş tutan bu etiraz aksiyasında qadınlar etiraz şüarları yazılan paltarlar geyinərək Donald Trampın qadınlara hörmətsizliyinə etiraz ediblər. 

Bu qadın fəalların paltarı üzərində yazılıbmış: Qadına qarşı olan Trampı kənarlaşdırın. 

Etirazçılar Trampın olduğu məkana qədər yaxınlaşa və onun gözləri qarşısında etiraz edə biliblər. 

Etirazçı qadınlar Altra Violent qrupunun üzvləridir və qadınların hüququ və cinsi ayrı-seçkiliklə mübarizə üzrə fəaliyyət göstərirlər. 

ABŞ prezident seçkiləri zamanı bu ölkə mediaları bir video-çarxı yayımladılar. Həmin videoda Tramp qadınlar və bir qadınla cinsi əlaqəsi haqqında kobud şəkildə söhbət edir. 

Tramp həmçinin dəfələrlə qadın müxaliflər, o cümlədən ABŞ televiziyalarının qadın aparıcılarına xitabən kobud şəkildə söhbət edib. Hətta Respbulikaçılar partiyası üzvlərinin reaksiyası ilə də üzləşib. 

Teqlər