İyul 17, 2017 10:39 Asia/Baku
  • Amerika şirkəti İraqın tarixi əşyalarını satın almağı etiraf etdi
    Amerika şirkəti İraqın tarixi əşyalarını satın almağı etiraf etdi

ABŞ-ın tanınmış Hobby Lobby şirkəti Birləşmiş Ərəb Əmirliklərindən qaçaq edilmiş İraqın tarixi əşyalarını satın aldığını etiraf edib.

Əl-Cəzirə televiziyasının məlumatına görə, ABŞ-ın Hobby Lobby şirkəti etiraf edib ki, Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-a qaçaq edilmiş İraqın minlərlə tarixi əşyasını satın alıb. 

Bu şirkət 3 milyon dollar kompensasiya ödəməklə və qaçaq edilmiş minlərlə tarixi əşyanı İraqa qaytarmaqla razılaşıb. 

İraqdan Birləşmiş Ərəb Əmirlikləri, sonra isə ABŞ-a tarixi əşyaların nəql olunmasında İsrail rejimindən bu işlə məşğul olan dəllalların əli olub. 

Nili Volf 36 ildir ki, tarixi əşyaları toplayır. Bu tarixi əşyalardan bir çoxu İraq, Suriya və digər ərəb ölkələrindən əldə olunub. 

Volf deyib: Bu tarixi əşya İraq və yaxud Fars diyarındandır və onun 1500 yaşı var. 3-4 min tarixi əşya kəşf olunub ki, onların üzərində babil və ya ivritcə yazılar vardır. Dubay tarixi əşyaların qaçaq edilməsi və bu əşyalara qanuni icazələrin verilməsi üzrə əsas mərkəz idi. 

Volf bu tarixi əşyalardan bəzisinin ərəb ölkələri iş adamlarından satın alıb. Amma bu alış-verişlərin əksəriyyəti Avropa ölkələrində baş tutur. Bu tarixi əşyalar İraq muzeylərindən qarət edildikdən sonra Avropa ölkələri bazarlarını doldurdu. Volf bütün bu tarixi əşyalar qanuni şəkildə işğal olunmuş Fələstinə daxil olduğunu deyir, lakin onların oğurluq olduğunu rədd etmir. 

Teqlər