İyul 17, 2017 17:55 Asia/Baku
  • Venesuela paytaxtında silahlı insident; iki nəfər öldü
    Venesuela paytaxtında silahlı insident; iki nəfər öldü

Kütləvi İnformasiya Vasitələri Venesuela paytaxtı Karakasda baş verən silahlı insidentdə iki nəfərin həlak olduğunu bildiriblər.

İRNA-nın məlumatına görə, Venesuela Daxili İşlər Nazirliyi ötən gün bir bəyanatda bildirib: Silahlı şəxslərin Karakasda hökumət müxalifətinin referendum üzrə seçki məntəqəsinə doğru atəş açması nəticəsində azı iki nəfər həlak olub, dörd nəfər də yaralanıb. 

Paytaxt Karakasın Katia məhəlləsində baş verən insident haqda araşdırma aparılır. 

Venesuelada çoxlu sayda vətəndaş səsvermədə iştirak edərək Nikolas Maduro hökuməti əleyhinə referenduma səs verib. Belə ki, ondan 2019-cu ildə bitəcək prezidentliyi dövrünü vaxtından əvvəl başa vurması istənilir. Prezident seçkilərinə çağırış da başlanıb. 

Venesuela son aylarda ABŞ-ın dəstəklədiyi müxalifətin aksiyalarının şahididir. Müxalifət qanuni hökuməti devirməyə cəhd göstərir. 

Ölkədəki son iğtişaşların səbəbkarını ABŞ hesab edən Venesuela hökuməti dəfələrlə müxalifətlə müzakirənin başlanmasını istəyib. Lakin müxalifət müzakirələrdən imtina edib. 

Teqlər