İyul 28, 2017 19:51 Asia/Baku
  • Merkel yenidən Almaniya kansleri ola bilər
    Merkel yenidən Almaniya kansleri ola bilər

Rəy sorğularının nəticələri Almaniya kansleri və xristian-demokrat birliyi partiyasının lideri Angela Merkelin qarşıdakı seçkilərdə bir daha bu vəzifəyə yiyələnmək istiqamətində öndə getməsindən xəbər verir.

Təsnim xəbər agentliyinin məlumatına görə, nəticəsi bu gün yayılmış "İnfratest dimap" müəssisəsinin yeni rəy sorğusu bütövlükdə müttəfiq xristian partiyalar birliyinin reytinqinin 40 faizlik səslə iki həftə bundan öncəki göstərici ilə müqayisədə bir faiz artdığını göstərir ki, bu da 2015-ci ilin sentyabrından bəri bu birliyin ən yaxşı vəziyyəti hesab olunur.

Almaniya parlament seçkiləri sentyabrın 24-də keçiriləcək.

Teqlər