Avq 12, 2017 13:52 Asia/Baku
  • Uhuru Keniata Keniya prezident seçkilərinin qalibi oldu
    Uhuru Keniata Keniya prezident seçkilərinin qalibi oldu

Keniyada keçirilən qalmaqallı seçkilərdən bir neçə gün sonra, nəhayət, Müstəqil Seçki Komitəsi bildirib ki, hazırkı prezidenti Uhuru Keniata prezident seçkilərində qalib gəlmişdir.

Keniatanın qəti qələbəsinin elan olunması ilə yanaşı qeyd edək ki, müxalifət namizədi seçkilərin nəticələrini rədd edərək, hakim partiyanı seçkilərdə və onun nəticələrində saxtakarlıq etməkdə suçlayıb. 

Keniya müxalifətinin lideri Raila Udinqa bu nəticələri rədd edərək deyib: Seçkilər başlandığı zamandan Keniatanın öndə getməsi şübhəli idi və partiya yetkililərinin ona dedikləri ilə uzlaşmır. 

Nəticələr elan olunduqdan sonra Keniya prezident seçkilərinin məğlub namizədi Raila Udinqanın yüzlərlə tərəfdarı küçələrə axışaraq aksiya keçirib. Keniya seçki iğtişaşları ilə əlaqədar bir dekadalıq keçmişə malikdir. 

Ölkədə hazırkı seçkilərdə müxalifətin əsas namizədi Udinqa sabiq baş nazirdir. O ilk dəfə 1997-ci ildə prezidentliyə namizədliyini irəli sürdü. Udinqla bu il dördüncü dəfə olaraq prezident postuna yiyələnməyə çalışdı. O 2007-ci ildə vətəndaşları etirazlara çağırdı. Həmin etirazlar etnik qarşıdurmalar və 1200 nəfərin həlak olması ilə nəticələndi. O 2013-cü ildə məhkəməyə şikayət etdi və etirazları durdurdu. 

Qeyd edək ki, Keniyada 41 min səsvermə məntəqəsində elektron sistem quraşdırılıb və seçkilər yüzlərlə xarici müşahidəçinin nəzarəti altında keçirilib. Bu şəraitdə seçkilərdə saxtakarlığın baş verdiyi iddia olunub. Müxalifət bildirir ki, 8 avqust seçkilərində bəzi seçicilərin səsi sistemdə qeydə alınmayıb. Səsvermə hüququna malik şəxslərin çoxu da seçkilərdə iştirak edə bilməyib. Onlar həmçinin məlumatların sındırılaraq ələ keçirilməsini iddia edirlər. 

Əksər təhlilçilrin qənaətincə, Keniya əhalisinin tayfa xüsusiyyətli olması, eləcə də prezident seçkilərinin əsas namizədləri seçki nəticələrinin elan olunmasından sonra qarşıdurmalar və həssaslığın artmasının əsas amillərindən biri hesab olunur. Bu seçkilərdə də informasiyalar Keniya hökumətinə müxalif olan tayfa seçicilərinin seçkilərdə iştiraka maraqsız olduğunu əks etdirirdi. 

Teqlər