Avq 12, 2017 17:52 Asia/Baku
  • Yaponiya MN kompleksində raket müdafiə sistemi yerləşdirilib
    Yaponiya MN kompleksində raket müdafiə sistemi yerləşdirilib

Yaponiya dövləti Tokioda, bu ölkənin müdafiə nazirliyi kompleksində raket müdafiə sisteminin yerləşdirilməsindən xəbər verib.

IRIB-nin məlumatına görə, Amerika ilə Şimali Koreya arasındakı gərginliyin kəskinləşməsinin ardınca Yaponiya dövləti bildirib ki, Tokioda, bu ölkənin müdafiə nazirliyi kompleksində Patriot PAK-3(Patriot PAC-3) tipli raket müdafiə sistemi yerləşdirib.

ABŞ prezidenti Donald Tramp cümə günü Twitter-də etdiyi müraciətdə bir daha Şimali Koreyanın hədəsilə bir zamanda yazıb ki, Amerika ordusu tam hazır vəziyyətdədir.

Bundan öncə Şimali Koreya dövləti çərşənbə günü bildirmişdi ki, Amerikanın Sakit okeandakı Quam adasında yerləşən bazalarına tərəf orta mənzilli ballistik raketlər atmaq fikrindədir.

Rəsmi Pxenyan dəfələrlə vurğulayıbdır ki, Amerika ilə onun müttəfiqlərinin Şimali Koreyaya qarşı hədələrinin davam edəcəyi zamanadək bu ölkə də özünün önləyici hücum qabiliyyəti və hərbi bacarıqlarını gücləndirməyi davam etdirəcək.

Çin Kommunist Partiyasının orqanı olan "Xalq" qəzeti də Yaponiya dövlətinin hərəkətini tənqid edərək, bildirib: Yaponiya dövlətinin militarist proqramı Asiyada sülh və sabitliyə qarşı böyük zərbədir. Belə bir halda, regional məsələlər qonşu ölkələrin əlaqələrində mənfi təsir buraxmamalıdır.

Teqlər