Avq 13, 2017 10:15 Asia/Baku
  • Sərhədsiz həkimlər miqrantların xilasını dayandırıblar
    Sərhədsiz həkimlər miqrantların xilasını dayandırıblar

Sərhədsiz həkimlər təşkilatı bildirib: Aralıq dənizində miqrantların xilası əməliyyatı Liviyanın sahil qvardiyasının təhlükəli rəftarına görə hələlik dayandırılmışdır.

İRNA-nın verdiyi məlumata görə, sərhədsiz həkimlər təşkilaıtnın rəsmilərindən olan Luris De Filipi deyib: Liviya rəsmiləri bu təşkilaıtn işçilərindən Liviya sahillərindən yüzlərlə km uzaqlaşmalarını istəyiblər. 

Sərhədsiz həkimlər təşkilatının bu rəsmisi həmçinin İtaliya dövlətini tənqid edərək deyib: İtaliya dövlətinin yardımçı təşkilatlar üçün qəbul etdiyi qanunlar göstərir ki, İtaliya humanist məqsədləri siyasi və hərbi məqsədlərə qatıb. 

Son 4 ayda Liviya suları vasitəsi ilə İtaliyaya getmək istəyən 13 min miqrant Aralıq dənizində boğularaq həyatını itirmişdir.