Sen 13, 2017 11:15 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanda yeniyetmələrin edam edilməsini kəskin formada qınadı
    Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanda yeniyetmələrin edam edilməsini kəskin formada qınadı

Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanda hakim rejim ilə müxalif olanların geniş formada edam edilməsi o cümlədən bir yeniyetmə barəsində edam qərarının çıxarılmasını tənqid edib.

İRİB-nin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanat yayaraq, Ərəbistanda hakim rejim ilə müxalif olanların amansız formada repressiya edilmələrinin ən son nümunələrini araşdırıb və işgəncə altında etirafa məcbur edilən bir yeniyetmə şiə barəsində edam qərarının çıxarılmasını qəbuledilməz adlandırıb. 

Bu bəyanata əsasən hazırda 21 yaşlı gənc olan Əbdülkərim Əl-Həvac 16 yaşında həbs edilib. O, işgəncə altında ona qarşı irəli sürülən ittihamları qəbul etməyə məcbur edilib. Halbuki, Əl-Həvac ittihamlandırıldığı hadisələrin heç birində iştirak etməyib. 

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə xüsusi araşdırmaçısı Lin Malov Ərəbistanda müxaliflərə qarşı repressiyaların heç bir sərhəd tanımadığını deyərək, insanların özbaşına şəkildə həbs və işgəncə edilmələri, amansız zorakılıqlara məruz qalmalarının adi hal aldığını bildirib və deyib: Ərəbistan kralı Əl-Həvac barədə çıxarılan qərarı ləğv edərək, onun ədalətli şəkildə mühakimə edilməsinə şərait yaratmalıdır. 

Teqlər