Sen 13, 2017 13:04 Asia/Baku
  • Şimali Koreya daha bir ballistik raket sınağına hazırlaşır
    Şimali Koreya daha bir ballistik raket sınağına hazırlaşır

Cənubi Koreya və ABŞ Pxenyanın sabah, cümə axşamı daha bir ballistik raket sınağı həyata keçirəcəyini bildiriblər.

Seul və Vaşinqton bildiriblər ki, peyk vasitəsi ilə çəkilmiş təsvirlərə əsasən Şimali Koreya raket təchizatlarının Kusunq raket bazasına köçürülməsi əməliyyatını yekunlaşdırıb və bu ölkə yeni bir ballistik raket sınağına hazırlaşır.

Cənubi Koreya ordusunun Baş Qərargahı bir bəyanat yayaraq, bütün detalları açıqlaya bilmədiyini lakin, bu ölkə ordusunun ABŞ-ın əməkdaşlığı ilə tam hazır vəziyyətə gətirildiyini elan edib.

Teqlər