Sen 14, 2017 09:54 Asia/Baku
  • Təhlükəsizlik Şurası Myanma müsəlmanlarına qarşı zorakılıqdan nigaranlıq etdi

BMT Təhlükəsizlik Şurası Myanmanın Raxin əyalətində rohinca müsəlmanlarına qaşrı zorakılıqları pisləyib və onların vəziyyəti haqda nigaranlıq edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Təhlükəsizlik Şurası çərşənbə günü bir bəyanatda rohinca müsəlmanlarına qarşı zorakılıqların dərhal dayandırılması üçün addımların atılmasını istəyib. 

Təhlükəsizlik Şurası həmçinin xilasedicilərin Raxin vilayətinə səfər etmələrinə şəraitin yaradılmasını istəyib.