Sen 15, 2017 19:29 Asia/Baku
  • Almaniya ərəb böhranında tərəfsizliyini elan edib
    Almaniya ərəb böhranında tərəfsizliyini elan edib

Almaniya kansleri Qətər əmiri ilə görüşdükdən sonra bildirib: Almaniya ərəb ölkələrinin Qətərlə böhranında heç bir tərəfi dəstəkləmir.

Fars Xəbər Agentliyinin məlumatına görə, Almaniya kansleri Angella Merkel cümə günü Qətər Əmiri Təmim bin Həməd Bin Xəlifə Ali-Sani ilə Berlində keçirdiyi birgə mətbuat konfransında deyib: Almaniya Fars Körfəzi Əməkdaşlıq Şurasında yaranan böhranda heç bir tərəfi dəstəkləmir.

Merkel bildirib: Bu böhrandakı bütün tərəflər müzakirə masası ətrafına toplaşmalıdır.

Merkel Ərəbistan və müttəfiqlərinin Qətərlə əlaqələrində yaranan böhrandan yüz günün keçməsindən nigaranlıq edərək ədalətli və müsbət həll yolunun əldə olunması məqsədilə diplomatiya prinsiplərinə sadiq qalmağı vacib adlandırıb.

Qətər əmiri Təmim Bin Həməd Ali-Sani də deyib: Qətər böhranın əvvəlindən bəri Küveytin vasitəçilik səylərini dəstəkləyib və dəfələrlə müzakirəyə hazır olduğunu elan edib.

Teqlər