Okt 12, 2017 21:29 Asia/Baku
  • Helqa Şmit
    Helqa Şmit

Avropa Birliyini xarici siyasət koordinatorunun müavini Əhatəli Müştərək Təşəbbüs Proqramı barədə hərhansı təkrar müzakirəni rədd edib.

Helqa Şmit Almaniyanın Volt telekanalına verdiyi müsahibəsində deyib: ƏMTP nüvə silahlarının yayılmasının qadağan edilməsi ilə əlaqədar bir razılaşma olub və onun bütün hədəfləri reallaşıb və artıq yenidən müzakirəyə ehtiyac yoxdur. 

Şmit bir daha ABŞ prezidenti Donald Trampı bir tərəfli qaydada ƏMTP-ni tərk etməməyə və ona sadiq qalmağa çağırıb. 

Şmit deyib: İran ilə 5+1 qrupu arasında nüvə razılaşması 12 illik çətin müzakirələrin məhsuludur və gözlənilən odur ki, bu razılaşma icra olunana qədər bütün tərəflər ona sadiq qalsınlar. 

Bu Alman diplomat ötən həftə də İsveçrənin Zurix şəhərində İran ilə Avropa assambleyasının iclasında etdiyi çıxışında ƏMTP-ni uğurlu çox cəhətli diplomatiya nümünəsi adlandırmışdı. 

Trampın oktyabrın 15-dək İranın nüvə sazişinə sadiq qalmasını təsdiq etmək üçün fürsəti var . Onun bu razılaşmanı rədd edərək bu barədə qərarı ABŞ konqresinin üzərinə qoyacağı ehtimal edilir. 

Teqlər