Okt 13, 2017 11:05 Asia/Baku
  • Amerikalı rəsmi: Trampın xarici siyasəti

ABŞ-ın Xarici Əlaqələr Şurasının sədri deyir: ABŞ prezidenti Donald Trampın xarici siyasəti beynəlxalq təşkilatlar və anlaşmalardan çıxmaq doktrinasına əsaslanır.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Riçard Haass cümə axşamı Trampın xarici siyasətini tənqid atəşinə tutub və deyib: Tramp xarici siyasətdə "çıxmaq doktrinası"nı əsas götürüb. YUNESKO-dan çıxmaq, Paris İqlim Anlaşmasından çıxmaq və İran ilə nüvə anlaşmasından çıxmaq. 

Donald Trampın qeyri-diplomatik və qeyri-adi rəftarları ötən aylar ərzində hamını təəccübləndirib. 

ABŞ hökuməti dünən bildirib ki, İsraili himayə məqsədi ilə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı YUNESKO-dan çıxacaq. Tramp İsrailin işğalçılıq siyasətləri və Fələstin xalqına qarşı cinayətlərinin əsas müdafiəçisidir. 

Tramp 1 iyun tarixində də ABŞ-ın Paris İqlim Anlaşmasından çıxdığını elan edərək, bu anlaşmanın Amerikaya heç bir faydasının olmadığını demişdi. 

Nüvə anlaşmasına gəlincə isə Tramp onu dəhşətli anlaşma adlandıraraq, bu anlaşmanın ləğv edilməsini istəmişdi. Bu isə dünya ictimaiyyəti və beynəlxalq dairələrin ciddi etirazına o cümlədən nüvə anlaşmasını imzalayan digər tərəflərin yəni Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın kəskin reaksiyasına səbəb olub.  

Teqlər