Okt 13, 2017 13:18 Asia/Baku
  • YUNESKO ABŞ-ın bu təşkilatdan çıxmasını təəssüfləndirici hal adlandırdı

BMT-nin nəzdində fəaliyyət göstərən və təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun baş direktoru ABŞ-ın İsraili himayə məqsədi ilə bu təşkilatdan çıxmaq qərarından təəssüfləndiyini bildirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, İrina Bokova cümə axşamı ABŞ-ın YUNESKO-dan çıxmaq qərarına reaksiya olaraq deyib: YUNESKO-nun missiyası beynəlxalq sülh və təhlükəsizliyə nail olmaq, düşmənçilik və zorakılıq ilə mübarizə aparmaqdır. Və bu məqsədlərə  insan haqlarını müdafiə etmək və insan kəramətini qorumaq yolu ilə nail olmağa çalışır. 

ABŞ Dövlət Departamenti cümə axşamı bir bəyanat yayaraq, bu ölkənin YUNESKO-dan çıxacağını bildirib. 

ABŞ hökumətinin bu qərarı BMT və YUNESKO-nun İsrail rejimi və işğal edilmiş Fələstin ərazilərində qanunsuz yaşayış massivlərinin salınması siyasəti ilə bağlı son qətnamələrinə bir növ etiraz sayılır. 

İsrailin baş naziri Benyamin Netanyahu da bu rejimin Xarici İşlər Nazirliyinə YUNESKO-dan çıxmaq üçün lazımi işlərin görülməsi barədə göstəriş verib. 

YUNESKO bir neçə ay aöncə İsrail rejimini Beytül-Müqəddəsi işğal etmiş tərəf elan edərək, bu rejimin Beytül-Müqəddəsdə hansısa mülkiyyət haqqına malik olmadığını bildirmişdi. 

Teqlər