Okt 13, 2017 13:40 Asia/Baku
  • BMT nümayəndəsi Myanmaya səfər edəcək

BMT baş katibinin sözçülük ofisindən verilən məlumata görə, baş katib Antonio Quterreşin siyasi məsələlər üzrə müavini Ruhinca müsəlmanları ilə görüşmək və Myanma başçıları ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edəcək.

BMT baş katibinin Myanmada Ruhinca müsəlmanlarına qarşı mütəşəkkil və kütləvi zorakılıq hallarının artması ilə bağlı çoxsaylı xəbərdarlıqlarının ardınca baş katibin sözçülük ofisi bir bildiriş yayaraq, baş katibin siyasi məsələlər üzrə müavini Cefri Feltmən bu gün cümə Myanmaya 5 günlük səfər edəcək. 

Bu bildirişdə həmçinin deyilir: Feltmənin bu səfərdə məqsədi Myanma ordusunun Ruhinca müsəlmanlarına qarşı zorakılıqlarının dayandırılması, Ruhinca müsəlmanlarına heç bir maneə olmadan yardımların çatdırılması və didərginlərin geri qayıtmasına şəraitin yaradılması barədə danışıqlar aparmaqdır.