Okt 13, 2017 13:40 Asia/Baku
  • Trampdan

ABŞ prezidenti, öncəki dövlətin səhiyyə üzrə ümumi sığorta qanunu "Obamakeyr"i ləğv etmək cəhdinin uğursuz alınması və Konqres üzvlərinin razılığını əldə edə bilməməsinin ardınca, cümə axşamı bu qanunla bağlı yeni bir fərman imzalayıb.

Bu addım Trampın "Obamakeyr"i ləğv etmək üzrə ən ciddi addımı sayılır. 

ABŞ prezidenti bu fərmanın imzalanması mərasimində deyib: "Obamakeyr"in xərcləri son dərəcə ağırdır və yolu üzərindəki hər şeyi məhv edir. 

Trampın yeni fərmanına əsasən körpələrin saxlanılması, psixoloji xəstəliklər və narkomanlığın müalicə edilməsi kimi hallar sığortaya şamil edilməyəcək. 

ABŞ Senatında azlıqda olan Demokratlar fraksiyasının rəhbəri Çak Şumer bu xüsusda bir bəyanat yayaraq, Trampın rəftarının Amerikada səhiyyə sığortası sistemini çökdürəcəyini bildirib. 

Teqlər