Okt 23, 2017 21:43 Asia/Baku
  • Nigeriyada şiələrin rəhbərinin həbsinə qarşı aksiya keçirilib
    Nigeriyada şiələrin rəhbərinin həbsinə qarşı aksiya keçirilib

Nigeriya şiələri öz rəhbərlərinin dövlət qüvvələri tərəfindən həbs edilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Nigeriyanın şimal qərbində Sukoto vilayətinin mərkəzi olan Sukoto şəhərində onlarla adam dünən etiraz aksiyası keçirərək bu ölkə şiələrinin rəhbəri şeyx İbrahim Zəkzakinin dövlət qüvvələri tərəfindən həbs edilməsini pisləyib onun və həyat yoldaşının dərhal azadlığa buraxılmasını istəyib. 

Nigeriyadan əldə olunan məlumata görə, bu ölkə polisi keçmişdə olduğu kimi aksiyaçılara qarşı repressiv metodlardan istifadə edib. 

Nigeriya polis qüvvələri Sukoto vilayətində şiələrin mərkəzlərinə hücum ediblər və bir nəfəri həbs ediblər. 

Şeyx İbrahim Zəkzaki 2015-ci il dekabr ayında ordu qüvvələri tərəfindən həbs edilib və onun dərhal azadlığa buraxılmasına dair məhkəmə hökmu ola-ola hələdə həbsdə saxlanılır. 

 

Teqlər