Noy 03, 2017 18:26 Asia/Baku
  • Ərbəin mərasimi 32 ölkədə canlı şəkildə yayımlanacaq
    Ərbəin mərasimi 32 ölkədə canlı şəkildə yayımlanacaq

İraqda Hüseyn(ə) ərbəini üzrə virtual mühit və informasiya işçi qrupunun məsul şəxsi deyib ki, ərbəin mərasimi 32 ölkədə canlı şəkildə yayımlanacaq.

Muhəmməd Əli Ənuşə IRNA ilə müsahibədə əlavə edib: Hüseyn(ə) ərbəini üzrə virtual mühit və informasiya işçi qrupu öz fəaliyyətinə üç ay bundan öncə Tehranda və İraqda başlanıb və indiyədək İraqın media rəsmiləri, eləcə də Həzrət İmam Hüseyn(ə) və Həzrət Əmirəlmöminin(ə)-ın ziyarətgahlarının məsul şəxsləri ilə iclaslar keçirilibdir.

Muhəmməd Əli Ənuşə sonra deyib: Bu il Hüseyn(ə) ərbəini yürüşünü işıqlandırmaq üçün müxtəlif ölkələrdən olan 650-yə yaxın jurnalist və prodüser Kərbəlaya gəlibdir.

 

 

Teqlər