Noy 05, 2017 11:53 Asia/Baku
  • Ağ Ev: İraq savaşı ABŞ tarixində ən böyük xarici siyasət səhvi olubdur

Ağ Ev Amerikanın keçmiş prezidentləri ata və oğul Buş-ların bu ölkənin hazırkı prezidenti Donald Trampa qarşı tənqidlərinə cavabda onların öz prezidenlikləri dövrlərindəki siyasətlərinə hücum edərək, İraq savaşını ABŞ tarixində ən böyük xarici siyasət səhvi adlandırıb.

Amerika 2003-cü ildə, oğul Buşun prezidentliyi dövründə İraqın bəəs rejiminin kütləvi qırğın silahlarına malik olması bəhanəsilə bu ölkəyə basqın etdi. Bu savaş və İraqın işğal edilməsi nəticəsində həmin ölkə xalqından yüz minlərlə nəfər həyatını itirdi.

Amerikanın 41-ci və 43-cü prezidentləri- Corc Herbert Vaker Buş və oğlu Corc Vaker Buş hələ çap edilməmiş "Sonuncu respublikaçı" adlı kitabda Trampı tənqid atəşlərinə tutublar. Ata Buş bu kitabda Trampı yalançı adlandırıb.

"Tramp prezident olmağın mənasını bilmir" deyən oğul Buş isə onu respublikaçıların birliyinin pozulmasına bais və ehtimal üzrə bu partiyadan sonuncu prezident olduğunu qeyd edibdir.

Donald Trampın qalmaqallı və bəzi hallarda ədəbsiz sözləri və rəftarları bir çox amerikalı siyasətçinin onun bu ölkənin prezidentliyinə layiq olmadığını bildirmələrinə bais olubdur.

Həmçinin son aylarda Amerika dövlətinin bir neçə rəsmisi Trampın qeyri-diplomatik rəftar və hərəkətlərinə görə öz vəzifəsindən istefa veribdir.

Teqlər