Noy 06, 2017 19:46 Asia/Baku
  • Vyetnamda qasırğada həlak olanların sayı artıb

Vyetnamda baş verən qasırğa nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Vyetnamın Təbii Fəlakətlərə Nəzarət və Hadisələrin Önlənilməsi Komitəsi bazar ertəsi günü bildirib ki, Damprey qasırğası nəticəsində 49 nəfər həlak olub, 29 nəfər də itkin düşüb.

Vyetnamın cənub vilayətlərində Damprey qasırğası təxminən 230 balıqçılıq qayığının batması və ya zədələnməsi, min evin dağılması ilə nəticələnib.

Ötən ay da Vyetnamın şimalında çayların daşması nəticəsində azı 70 nəfər həlak olmuşdu.

Bu arada Asiya-Okeaniya Ölkələri İqtisadi Əməkdaşlıq Assambleyasının iclası bu gündən Da Nanq şəhərində başlanacaq və 11 noyabra qədər davam edəcək.

ABŞ prezidenti Donald Tramp, Çin prezidenti Si Tsinpin və Rusiya prezidenti Vladimir Putin bu iclasda iştirak edəcək.

Teqlər