Noy 10, 2017 20:14 Asia/Baku
  • Amano İran ilə agentliyin geniş həmkarlığından razıdır

Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin baş direktoru bu orqanın nüvə anlaşmasının icrası istiqamətində İranla həmkarlığını geniş adlandırıb.

Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano CBS informasiya kanalı ilə müsahibədə deyibdir ki, İranın nüvə anlaşmasının icrası istiqamətində bu orqanla əməkdaşlığı geniş və məhdudiyyətsiz olubdur.

Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin baş direktoru əlavə edib: Agentlik indiyədək İranda baxış keçirmək üçün lazım olan bütün məkanlara nail olubdur.

Nyu-Yorka səfər etmiş Amano ABŞ prezidentinin və konqres üzvlərinin İranın nüvə anlaşmasına sadiq qalmamasına dair son ittiham və yalanlarını rədd edərək, bu agentliyin İranın nüvə anlaşmasına sədaqəti barədəki verifikasiyasının dəqiq olduğunu vurğulayıbdır.

Tramp oktyabrın on üçündə İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməkdən çəkinərək, Amerikanın bu beynəlxalq anlaşmadan çıxacağı ilə hədələyib. O, bu barədə qərar çıxarmağı bu ölkə konqresinə həvalə edibdir.

Amano dünən ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli ilə görüşdə bir daha İranın nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə sadiq qaldığını vurğulayıbdır.

Teqlər