Yan 04, 2018 18:53 Asia/Baku
  • Mogerini ABŞ-ın Kuba əleyhinə iqtisadi blokadasını tənqid edib

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ABŞ-ın Kuba əleyhinə blokadasını tənqid edib və onu qeyri-qanuni metod adlandırıb.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Federika Mogerini Kuba paytaxtı Havanada mətbuat konfransında deyib: Blokada sadəcə uşaqlar, qadınlar və kişilərin həyatınn acınacaqlı duruma düşməsinə səbəb olub. 

Bu mətbuat konfransında Mogerini ABŞ-ın Kuba əleyhinə sanksiyaları və Trampın bu haqdakı siyasətlərini tənqid edərək deyib: Avropa sərhədlərdə divarlar çəkən, başqa ölkələrlə qapılar və əlaqə körpülərini bağlayan şəxslər qarşısında əlaqə körpülərinin qurulmasını istəyir. 

Çərşənbə günü Havanaya səfər edən Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Kuba rəsmiləri ilə bu ölkə ilə Avropa Birliyi arasında siyasi müzakirələr və əməkdaşlıq müqavilələrinin dərhal icra olunması haqda fikir mübadiləsi aparıb. 

Avropa Birliyi Kubanın turizm sənayesində əsas xarici investor və Kubanın 2-ci ticarət şəriki hesab olunur. Kuba adalarının turistlərinin 50%-dən çoxu Avropa Birliyinin payına düşür. 

Teqlər