Yan 12, 2018 21:37 Asia/Baku
  • BMT Trampın afrikalılara qarşı təhqirini utandırıcı hərəkət adlandırıb
    BMT Trampın afrikalılara qarşı təhqirini utandırıcı hərəkət adlandırıb

BMT-nin insan haqları məsələləri üzrə baş komissarının sözçüsü ABŞ prezidentinin afrikalı xalqlara qarşı təhqiramiz sözlərini rasistcəsinə və utandırıcı sözlər adlandırıb.

Rupert Kolvil bu gün ABŞ prezidenti Donald Trampın Afrika ölkələrinə və mühacirlərə qarşı təhqiri barədə belə deyib: Bu, yalnız Trampın bayağı danışıq tərzi deyil. Bu məsələ insanın ən pis xasiyyətinə tərəf qapının açılması, eləcə də irqçiliyi və ksenofobiyanı legitimləşdirən və təşviq edən bir məsələdir.

Teqlər