Yan 13, 2018 18:10 Asia/Baku
  • Rusiya ƏMTP proqramına sadiq qalacağını vurğulayıb
    Rusiya ƏMTP proqramına sadiq qalacağını vurğulayıb

Rusiya xarici işlər nazirinin müavini deyib: Moskva Avropa Birliyi kimi İranla nüvə razılaşmasına sadiq qalacaq.

Spotnikin verdiyi məlumata görə, Rusiya XİN rəhbərinin müavini Sergey Riyabkov ABŞ prezidentinin İranla nüvə razılaşmasına qarşı son mövqeləri və bəyanatlarını qınayıb. 

Riyabkov deyib: Trampın bu hərəkəti onun beynəlxalq məsələlərdə müzakirə ilə razılaşacağı barədə ciddi suallar doğurub eyni zamanda Moskva İran və hətta Şimali Koreyaya qarşı sanksiya siyasətinin mənfi nəticələri barədə dəfələrlə Vaşinqtona xəbərdarlıq edib. 

Rusiya xarici işlər nazirinin müavini Trampın ƏMTP barədə son açıqlamasına toxunaraq deyib: Moskva Vaşinqton rəhbərlərinin çıxışları və qərarlarına neqativ yanaşır və görünür ən pis proqnozlar reallaşmaqdadır. 

Riyabkov deyib: ƏMTP-yə dəyişiklik edilə bilməz və Moskva bu razılaşmaya xələl gətirilməsinin əleyhinədir. 

Tramp dünən bir bəyanatda İrana qarşı iddialarını təkrarlayaraq konqresin nüvə sazişinin davam etdirilməsi barədə hərhansı qərarının öz şərtlərinin reallaşması ilə bağlı olduğunu bildirib. 

Teqlər