Yan 14, 2018 10:30 Asia/Baku
  • Pol Rayan: Trampın sözləri təəssüf doğurur
    Pol Rayan: Trampın sözləri təəssüf doğurur

ABŞ-ın Nümayəndələr Məclisinin sədri şənbə günü deyib: ABŞ prezidenti Donald Trampın Afrika ölkələri barədə dedikləri təəssüf doğurur.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Pol Rayan Trampın sözlərin "irqçi" adlandırıb. 

Tramp cümə axşamı etdiyi çıxışında Haiti, Salvador və bəzi Afrika ölkələrini "zir-zibil" adlandıraraq, bu ölkələrdən mühacirlərin qəbul edilməsinin dayandırılmasını istəyib. 

54 Afrika ölkəsinin BMT-dəki nümayəndələri cümə günü birgə bəyanat yayaraq, Trampın bu təhqiramiz çıxışını qınayıblar. Onlar, Trampın üzr istəməsini istəyiblər. 

Afrika Birliyi və BMT də Trampın irqçi sözlərini tənqid ediblər. 

Bir neçə Afrika ölkəsi o cümlədən Seneqal və Botosvana isə şənbə günü Trampın Afrika ölkələri barədə təhqiramiz ifadələrdən istifadə etməsinə etiraz olaraq, ABŞ-ın bu ölkədəki səfirinə etiraz notası veriblər. 

Teqlər