Fev 12, 2018 13:07 Asia/Baku
  • Amerikalı tələbələr öz ölkələrinin bayrağını yandırıblar
    Amerikalı tələbələr öz ölkələrinin bayrağını yandırıblar

ABŞ-ın Syatel şəhərində çıxan qarşıdurmada tələbələr Amerika bayrağını yandırıblar.

Foks Nyus internet portalının verdiyi məlumata görə, bazar günü Syatel şəhərində respublikaçılar partiyasının tərəfdarı olan tələbələr ilə müxalifləri arasında çıxan qarşıdurmada Amerika bayrağı yandırılıb.

Bu məlumata görə, Amerika polisi bu qarşıdurmada 5 tələbəni həbs edib.

Amerikada həyata keçirilən son rəy sorğularının nəticələrinə əsasən, gənclər arasında ölkənin iki əsas partiyası olan demokratlar və respublikaçılara qarşı böyük nifrət formalaşıb. Analitiklərin dediklərinə görə, Donald Trampın prezidentlik dövründə ifratçı və irqçi qrupların fəaliyyəti Amerikada xeyli genişlənib. Bu da ölkədə ictimai və siyasi ixtilafların genişlənməsinə səbəb olub.

Teqlər