London polisi İngiltərə parlamentinin ərazisində geniş iştiraka malik olub
Fev 13, 2018 21:29 Asia/Baku
İngiltərə mənbələri bu gün bu ölkə parlamenti binasının ərazisində bir təhlükəsizlik hadisəsinin baş verməsindən və bu nöqtədə Londonun polis məmurlarının geniş iştirakından xəbər veriblər.
İndipendent qəzetinin saytı bir şahidə istinadla xəbər veribdir ki, İngiltərə parlamentinin aşağı palatası zalının altında yerləşən idarə dəhlizində şübhəli bir bağlama tapılıb və polis bu məntəqəyə gediş-gəlişi bağlayıbdır.
İngiltərə parlamentinin yuxarı palatasının bir sözçüsü də bildiribdir ki, bu hadisənin ardınca polis məmurları bu barədə təhqiqatla məşğuldurlar.
London polisi indiyədək bu barədə fikir bildirməyibdir.