Fev 14, 2018 11:56 Asia/Baku
  • Britaniyada teatr zalında partlayış
    Britaniyada teatr zalında partlayış

Britaniyanın Birminqam şəhər polisi çərşənbə axşamı şəhər teatlrarından birində partlayışın baş verməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Birminqam polisi bildirib: ilkin araşdırmalara görə, partlayış texniki nasazlıq üzündən baş verib.

Birminqam şəhərinin Vest Midlənds yanğınsöndürmə idarəsi və xilasedici qüvvələr hadisə yerinə cəlb olunublar.

Hadisədə xəsarət alanın olduğu və ya olmadığı barədə məlumat verilməyib.

Teqlər