Fev 14, 2018 14:49 Asia/Baku
  • ABŞ-ın kəşfiyyat orqanları İranın nüvə anlaşmasına sadiq qaldığını bildiriblər

ABŞ-ın kəşfiyyat orqanları birliyi öz illik hesabatında, İranınnüvə anlaşmasına sadiq qaldığını təsdiq edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, "ABŞ-ın qarşısında duran təhdidlərin dəyərləndirilməsi" adlı hesabatda, ABŞ prezidenti Donald Trampın hay-küylərinə rəğmən, İranın nüvə anlaşmasına sadiq qaldığı vurğulanır.

Bu hesabat ABŞ Senatının təhlükəsizlik komitəsinin iclasında müzakirəyə çıxarılıb. ABŞ-ın milli təhlükəsizlik agentliyinin başçısı, Mərkəzi Kəşfiyyat İdarəsinin şefi, Federal Təhqiqatlar Bürosunun başçısı və ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin başçısı da bu iclasda iştirak ediblər.

Bu hesabat İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq edərək, bunu İrana qarşı bəzi sanksiyaların ləğv edilməsinə imkan verən məsələ adlandırıb.

Teqlər