Fev 14, 2018 20:02 Asia/Baku
  • Amerikalı senatorlar Dövlət Departamentinin büdcəsinin azaldılmasının mənfi nəticələri barədə xəbərdarlıq ediblər

ABŞ-ın İnkişaf Mərkəzi adlı araşdırmalar institutu və bəzi amerikalı senatorlar ABŞ Dövlət Departamentinin büdcəsinin azaldılmasının mənfi nəticələri barədə xəbərdarlıq ediblər.

Ağ Ev indi də Dövlət Departamentinin üstünə qılınc çəkib. Tramp Respublikası və Demokrat senatorların nəzərlərinin əksinə olaraq, Dövlət Departamentinin büdcəsini xeyli azaldıb. Konqresin təklif etdiyi rəqəmdən 15 milyard dollar daha az. İndi də təcrübəli diplomatların istefa dalğasının başlanacağı ehtimal olunur.

Nyu-York Taym-sın baş redaktoru Karla Robins Trampın bu məsələnin əhəmiyyətini düzgün dərk edə bilmədiyini düşünür. Demokratiyanın genişləndirilməsi və BMT ilə əməkdaşlıq üçün nəzərdə tutulmiş büdcəni də təqribən 50% azaldıb. Bəs görəsən, nə üçün Tramp belə bir yolu seçib? Amerikalı mütəfəkkir Noam Çamski bu barədə maraqlı fikirlərə malikdir: “ABŞ prezidenti ətrafa dəhşət saçaraq, irəliləməyə çalışır. Bunu diplomatiyadan daha yaxşı hesab edir. Amma, beynəlxalq rəy sorğularına əsasən dünya bizi beynəlxalq təhlükəsizlik üçün təhdid hesab edir və aqressiv Amerika dünyada təcrid ilə üzləşib.”

Əlbəttə, Tramp dövlət katibi Reks Tillersonun bir sıra xərcləri üçün əlavə büdcə də nəzərdə tutub. Amma, ümumi bölgüyə nəzər saldıqda Trampın Dövlət Departamentindən razı olmadığı anlaşılır.