Fev 21, 2018 17:35 Asia/Baku
  • Beynəlxalq qrumlar Myanma müsəlmanlarının acınacaqlı durumunun davam etdiyini bildiriblər

Ümumdünya Səhiyyət Təşkilatı və Sərhədsiz Həkimlər Təşkilatı Banqladeşdəki qaçqın düşərgələrində məskunlaşmış Myanmalı Ruhinqa müsəlmanlarının acınacaqlı durumu barədə xəbərdarlıq ediblər.

Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı bir bəyanat yayaraq, bildirib: 25 avqust 2017-ci ildən bəri 688 min Ruhinqa müsəlmanı Myanmadakı evlərini tərk edərək, Banqladeşə sığınıb. Hazırda qaçqın düşərgələrində məskunlaşmış bu insanların durumu xeyli ağırdır və onlar vəba və difteriya kimi yolxucu xəstəliklərin yayılması təhlükəsi ilə üz-üzədirlər. 

Sərhədsiz Həkimlər Təşkilatı da Myanmada Ruhinqa müsəlmanları böhranının hələ də davam etdiyini deyərək, bildirib: Ruhinqa müsəlmanları hələ də zorakılığa məruz qalmaq təhlükəsindən amanda qalmaq üçün Myanmadan qaçaraq, Banqladeşə sığınmaqda davam edirlər. Və hər həftə orta hesabla yüzlərlə insan Naf çayını keçərək, Banqladeşə daxil olur. 

Bu təşkilat həmçinin bildirib: Bu qaçqınlar hələ də yaşadıqları kəndlərdə və öz evlərində üzləşdikləri təhlükələrdən amanda deyillər. 

BMT Myanma ordusunu Ruhinqa müsəlmanlarına qarşı etnik təmizləmə həyata keçirməkdə ittiham edib. 

Teqlər