Mart 03, 2018 11:55 Asia/Baku
  • Burkina-Fasonun paytaxtındakı hücumlarda onlarla nəfər ölüb və yaralanıb
    Burkina-Fasonun paytaxtındakı hücumlarda onlarla nəfər ölüb və yaralanıb

Burkina-Fasonun paytaxtı Uaqaduqoda bir neçə partlayış və atışma nəticəsində baş vermiş tələfat barədə fərqli rəqəmlər yayılır.

Burkina-Fasonun dövlət başçıları Uaqaduqoda baş vermiş partlayış və atışmada yeddi nəfərin öldüyü, onlarla nəfərin də yaralandığını bildiriblər.

Burkina-Faso dövlətinin başçıları qeyd ediblər ki, dünən silahlı bir qrupun ordunun Uaqaduqodakı komandanlıq mərkəzinə qarşı hücumu və törətdiyi partlayış nəticəsində beş nəfər ölüb, əlli nəfər də yaralanıbdır.

Bu rəsmilər bildiriblər ki, iki polis qüvvəsi də Fransanın Uaqaduqodakı səfirliyinə qarşı hücumda öldürülübdür.

Belə bir halda, Əlhəds telekanalı ordunun Uaqaduqodakı komandanlıq mərkəzinə qarşı hücumda və ondan sonra törədilmiş partlayışda 26 hərbçinin öldürülməsindən xəbər verib.

Fransa rəsmiləri bu hadisələri terror hərəkətləri adlandırıb və Uaqaduqoda yaşayan Fransa vətəndaşlarından ictimai məkanlara gəlməkdən çəkinmələrini istəyiblər.

Fransa ordusu da öz qüvvələrinin bir hissəsini bu ölkənin Uaqaduqodakı səfirliyində yerləşdiribdir.

 

Teqlər