Mart 09, 2018 15:23 Asia/Baku
  • Moqerini: Trampın ticarət siyasətləri və ABŞ səfirliyinin Qüdsə köçürülməsi təhlükəlidir

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi ABŞ prezidenti Donald Trampın ticarət siyasətlərini və onun ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını tənqid edib və deyib: Donald Trampın siyasətləri və qərarları destruktivdir. Bu da ABŞ-ın öz siyasi etibarını itirməsinə səbəb olub.

İRİB-nin verdiyi məlumata görə, Federika Moqerini ABŞ prezidenti Donald Trampın Amerikaya alüminium və polad idxalı üçün gömrük rüsumlarını artırmasının ardınca keçirilən "Brüssel Forumu"nda etdiyi çıxışında Trampın alüminium və polad idxalı üçün gömrük taariflərini artırması üzündən Amerika və Avropa arasında ticarət müharibəsinin başlanması ehtimalından nigaranlıq edib və deyib: Bu, sözün əsl mənasında hər iki tərəf üçün faciə olacaq.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi əlavə edib: ABŞ prezidenti belə bir addım atarsa, Avropa buna reaksiya verəcək.

Tramp cümə axşamı, alüminium və polad üçün gömrük rüsumlarını artıracağı təqdirdə "ticarət müaribəsinin" baş verməsi ehtimalı barədə bütün beynəlxalq xəbərdarlıqlara rəğmən, alüminium və polad üçün gömrük taariflərinin artırılması barədə qərarı imzalayıb. Trampın imzaladığı qərara əsasən polad və alüminium üçün müvafiq olaraq 25 və 10 fazilik gömrük rüsumları təyin edib.

Avropa Birliyi bundan öncə xəbərdarlıq edərək, bildirmişdi ki Trampın bu hərəkətinə cavab olaraq, ABŞ istehsalı olan məhsulların gömrük rüsumlarını artıracaq.

Federika Moqerini həmçinin  Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarının onu şoka saldığını deyib.

ABŞ prezidenti 6 dekabr 2017-ci il tarixində bütün regional və beynəlxalq müxalifətlərə baxmayaraq, Vaşinqtonun Qüdsü İsrailin paytaxtı olaraq danıdığını bildirərək, Amerika səfirliyinin Qüdsə köçürülməsi barədə göstəriş vermişdi.

Müsəlmanların birinci qibləsi olan Əl-Əqsa Məscidinin yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz hissəsidir və müsəlmanların 3 əsas müqəddəs məkanından biridir.

Teqlər