Mart 13, 2018 20:33 Asia/Baku
  • Bir qadın MKİ-nin rəisi olub
    Bir qadın MKİ-nin rəisi olub

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonun ABŞ dövlət katibi vəzifəsinə təyin olunmasının ardınca bu təşkilatın peşəkar kəşfiyyat zabiti Cina Haspel onun rəisi təyin edilibdir.

ABŞ prezidenti Donald Tramp öz twitter səhifəsində bildirib ki, Cina Haspel bu vəzifəyə təyin edilən ilk qadındır.

Haspelin adı on il bundan öncə, terror qrupları ilə bağlı müttəhimlərin saxlanılması, işgəncə edilməsi və istintaqı üçün MKİ-nin Tailandda gizli bir məhbəsinin aşkar edildiyi zaman dillərə düşdü. Haspel 2002-ci ildə bu məhbəsə rəislik edirmiş.

 

Teqlər